Beynəlxalq

”Sərhədsiz Reportyorlar” Azərbaycanla bağlı çağırış etdi

“Sərhədsiz Repotyorlar” Təşkilatı Avropa liderlərinə çağırış edib. Məlumatı Meydan TV yaydı.

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, İlham Əliyev Avropa liderləri ilə görüşlərində Azərbaycanda söz azadlığına əməl olunduğunu deyir, lakin ölkədə media nümayəndələrinə təzyiqlər davam edir.

Təşkilat vurğulayır ki, iyulun 10-da Azərbaycanda 4 sayt məhkəmə qərarı olmadan Baş prokurorluğun göstərişi ilə bloklanıb. Onlardan biri olan “bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyli qaldırılan cinayət işi üzrə şahid qismində dindirilmək üçün 5 gün dalbadal prokurorluğa çağırılıb. İyulun 14-də saytın digər əməkdaşları prokurorluğa çağırılıb.

İyulun 14-də yalan məlumat yaymaqda günahlandırılan daha iki saytın vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb. Bunlar “gununsesi.info” və “teref.info” saytlarıdır.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

Daha çox göstər
Back to top button