İctimaiyyət

Turan: Azərbaycanda Adnan Oktar sektası tərəfdarlarının taleyi hələ də məlum deyil

İstanbul məhkəməsinin qərarı ilə ilahiyyatçı Adnan Oktarın cinayətkar sektası işi üzrə şübhəli bilinən 116 nəfər həbs edilib. Qrup üzvləri cinayətkar təşkilat yaratmaqda, cinsi istismar, uşaqların oğurlanması, zorlama, şantaj, hərbi və siyasi casusluq, insanların dini əqidələrindən istifadə etməklə fırıldaqçılıq, çirkli pulların yuyulması, sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Bu haqda Turan İA məlumat yayıb.

Həbs edilənlər arasında iyulun 11-də Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış Oktar özü də var. Onun evində axtarış aparılıb.

Maraqlıdır ki, Azərbaycanda da Oktarın tərəfdarlar qrupu var. Onlar jurnal dərc edir, onun kitablarını yayır və müxtəlif kütləvi tədbirlər keçirirdilər.

İnternetdə Oktarın Azərbaycanlı tərəfdarları ilə görüşü haqqında videomateriallar var. Onların hamısının xoş xarici görünüşə və yaxşı tərzə malik gənclər olması maraq doğurur. Türkiyədə Oktarı bir çox ölkələrdən gözəl qadınların ona cinsi xidmətlər göstərdiyi hərəm kimi bir qurum yaratmaqda da ittiham edirlər.

Hüquq-mühafizə orqanları Azərbaycanda Oktar tərəfdarlarının fəaliyyəti ilə bağlı vəziyyəti şərh etmir.

Daha çox göstər
Back to top button