Aleksandr Lapşin Uruqvaya gedib və orada “kiçik Ermənistan” tapıb

İsrailli bloqçu Aleksandr Lapşin Uruqvaydakı ermənilər və yerli mədəniyyətə onların təsiri barədə məqalə yazıb.
Aleksandr Lapşin Uruqvayda “Hnçak” partiyasının qərargahına gedib. Bu barədə o, öz “Ekzotik Uruqvaydakı Kiçik Ermənistan” məqaləsində yazıb.
“Uruqvayda Armenia adıyla dəbli məhəllə tapmışam. Orada əsasən ermənilər yaşayır. İndi Montevideoda bu partiyanın bir neçə yüz fəalları yaşayır”- deyə o, yazıb.
Bloqçu xatırlatdı ki, Erməni Soyqırımını məhz Uruqvay ilk dəfə tanıyıb və bu ermənipərəst əhval-ruhiyyəsiylə bağlı deyil, Montevideonun insan haqlarının pozulmalarının qarşısını alınma niyyətiylə bağlıdır.
Lapşin düşünür ki, Uruqvayda ermənilər öz kiçik sayına( 20 min insan) baxmayaraq, ölkənin siyasi və ictimai həyatına əhəmiyyətli təsir edir.
Bloqçu həm də 200.000 insandan çox erməni icması olan qonşu Argentina ilə bağlı öz növbəti məqaləsi barədə bildirib.