İdman
Azərbaycanlı hakim-inspektor Ermənistan klubunun oyununa təyinat alıb

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Oxu.Az-ın məlumatına görə, Xudiyev Monteneqronun “Sutyeska” və Ermənistanın “Alaşkert” komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə iş başında olacaq.
O, Alen Byeri, Yan Kobeli, Sertac Kurnazka və Urs Şnayderdən ibarət isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək.