Siyasət

AzTV sədrinə sui-qəsddə suçlananları uzun müddətlə həbs etdilər

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə ittiham olunan dörd nəfərin məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov, Qoçalı Cəbiyev və Zöhrab Şirinov uzun müddətlə azadlıqdan məhrum ediliblər. Bu haqda Haqqin.az məlumat verir.

Təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov 18, Qoçalı Cəbiyev 17, Zöhrab Şirinov 16, Aqşin Hüseynov isə 1 il 4 ay azadlıqdan məhrum edilib. Aqşin Hüseynovun həbsdə saxlanma müddəti başa çatdığına görə məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

İttihama görə, Şücayət Əkbərov Alışanovun əmlakını ələ keçirmək məqsədilə Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdan ibarət dəstə yaradıb. Ş.Əkbərov bunun müqabilində Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

Daha çox göstər
Back to top button