Siyasət

ER Müdafiə nazirinin müavini Gabriel Balayan BMT mərkəzi qərargahında bir sıra görüşlər keçirib

İşgüzar səfərlə ABŞ-ın Nyu York şəhərində olan ER Müdafiə nazirinin müavini Gabriel Balayan BMT mərkəzi qərargahında bir sıra görüşlər keçirib. Müzakirələr və görüşlər BMT-də ER-nın nümayəndliyinin hərbi məsləhətçisi, polkovnik Mesrop Nazaryanən iştirakıyla keçirib. Bu barədə MN mətbuat xidməti bildirir.

Sülhməramlı missiyaları üzrə BMT-nin Baş katibinin müavini Jan-Pier Lakrua ilə görüşdə Ermnistan Respublikasının əldə edilmiş sülhməramlı missiyalarının həyata keçirmə prosesi müzakirə olunub, BMT himayəsi altında ER tərəfindən digər formatla sülhməramlı missiyaların iştirakının imkanları və potensialın qiymətləndirilməsi perspektivlərinə aid fikir mübadiləsi aparılıb.

BMT-nin sülhməramlı missiyaları departamentinin Hərbi məsələlər üzrə şöbənin hərbi məsləhətçisi, general-leytenant Karlos Lote ilə də görüş keçirilib. Hərbi məsələlər üzrə şöbədə ER SQ nümayəndəlik məsələləri müzakirə olunub.

ER Müdafiə nazirinin müavini həm də BMT-nin himayəsi altında həyata keçirilmiş sülhməramlı missiyalarının təşkilinin hüquqi prosesinin müzakirəsində iştirak edib. Görüşün əsas mövzuları dövlətlərdə sülhməramlı missiyaların daxili qanunvericiliyin tənzimlənməsi və aydınlaşdırılması, sülhməramlı missiyalarda mövcud hüquqi məsələlərinin nəzərdən keçirilməsi və qaydaların müəyyənləşdirilməsi, eləcə də missiyalara daxil edilmiş kadrların peşə biliklərinin artırılması və təlim məzmununun qanunvericiliyin aydınlaşdırılmasıdır.

Daha çox göstər
Back to top button