Turan informasiya agenliyi: “Azərbaycanda müstəqil medianın qətli bitmiş işdir (fait accomplidir)”

Azərbaycanda KİV və kütləvi kommunikasiya vasitələri böhranı informasiya meydanının hər iki seqmentini əhatə edən, demək olar ki, bütün istiqamətlərdə və sahələrdə mənfi göstəriciləri nümayiş etdirir. Bu haqda Turan informasiya agenliyi bildirir.
KİV peşəkar jurnalist sexi olaraq ildən-ilə informasiya xaosu okeanına çevrilən informasiya məkanına təsirini itirir. Bu okeanda KİV-in fəaliyyətinin və jurnalistlərin davranışının pis-yaxşı özünü tənzimləməsini təmin edən prinsip və etik normalar yoxdur. İnformasiya məkanının iştirakçıları söz, ifadə azadlığı entuziastlarıdır. Onların sayı həndəsi silsilə ilə artır, onlar sosial şəbəkələri işğal edir və əsas informasiya, yanlış informasiya, həqiqət, yalan, böhtan, təhqir, sevgi və ədavət daşıyıcılarına çevrilirlər.
Təxmini məlumatlara görə, ölkədə 300-ə yaxın xəbər saytı var, onların əksəriyyətinə hakimiyyət tərəfindən nəzarət olunur. Son illər hakimiyyət onlayn mediaya nəzarət həyata keçirmək üçün çox cəhd edib. Bunun üçün cəlb etmə, həbs, hədə, saytların bloklanması, qanunvericilik məhdudiyyətləri kimi alətlərdən istifadə olunub.
Məşhur ekspert Ələsgər Məmmədlinin məlumatına görə, 2007-ci ildən KİV haqqında qanuna 13 dəfə məhdudlaşdırıcı xarakterli dəyişikliklər edilib. 2017-ci il fevralın əvvəllərində İnternet medianın bloklanması və bağlanması üçün hüquqi əsas yaradılıb. Bütün bunlar Rabitə Nazirliyinin saytları bloklamasına imkan verib. Amma hətta saytların bloklanması üçün hüquqi əsaslar olduğu halda, 2017-ci ildə ən az 14 onlayn saytın qanunsuz bloklanmasının şahidi olduq. Bu gün 40-dan çox sayt məhkəmə qərarı olmadan bloklanıb. 10 jurnalist və bloger həbsdədir. Belə bir şəraitdə hökumət sərbəstdir və ya alternatif informasiya şəbəkələrinin inkişafını stimullaşdırmır. İnsanları yeganə məlumatlı olmaq arzusu onların həm informasiya toplamaq, həm də onu yaymaq fəallığını artırır. Bu gün Azərbaycanda sosial şəbəkələr əsas xəbər mənbəyinə çevrilir. Son nümunələr: Azərbaycanda iyulun 3-də elektrik şəbəkəsinin çökməsi və həmin gün Gəncə merinə qarşı sui-qəsd. Hər iki halda dövlət informasiya strukturları, KİV-ləri iflic vəziyyətinə düşdü və baş verənlər və hadisələrin gedişatı haqqında aydın məlumat verə bilmədi. Demək olar ki, bütün məlumatlar, yanlış məlumatlar sosial şəbəkələrdə, şəbəkə istifadəçiləri tərəfindən yayıldı. Bu, media sisteminin açıq-aşkar informasiya kollapsı idi.
Bu hadisələr həm də hakimiyyətin sosial şəbəkələrin fəallığına reaksiyasını göstərdi. Ardınca hüquq-mühafizə orqanlarında bir sıra saytların redaktorları ilə “profilaktik söhbətlər”, saytların bloklanması, sosial şəbəkə fəalların həbsləri gəldi. Dövlət Statistika Komitəsi 2017-ci il üçün KİV-in iqtisadi, demək olar ki, baza məlumatlarını, onların mövcud olma, inkişaf əsaslarını açıqlayıb. Bu, Azərbaycan mətbuatı tarixində ən cansıxıcı məlumatlardır.
2017-ci ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin reklam gəlirləri 4 mln. 684.8 min manat (2,3 mln. avro) təşkil edib. Bu, əvvəlki ilə nisbətən 6,2 mln. manat (3,1 mln. avro) azdır. 2016-cı ildə reklam gəlirləri 10 884 800 manat (5,4 mln. avro) təşkil edib.