Azərbaycanda erməni soyadlı Zaranın Bakıya mümkün səfəri qalmaqal doğurub
Müğənni Zara Mqoyanın Bakıya mümkün səfəri Facebook-un Azərbaycan seqmentində artıq bir neçə gündür ki, bitmək bilməyən qalmaqal doğurub. Səbəb ondadır ki, Zara erməni soyadı daşıyır və “Mənim Ermənistanım” mahnısını oxuyur. Bu haqda jam-news.net bildirir.
Sosial şəbəkədə Zaranın Azərbaycan əsilli rusiyalı müğənni, nəhəng iş adamının oğlu və Azərbaycan prezidentinin keçmiş kürəkəni Emin Ağalarov tərəfindən təşkil edilən “Jara” musiqi festivalına dəvət edildiyi haqda məlumat yayılıb. Festival 26-29 iyul aralığında davam edəcə
Buna qədər Bakıya erməni kökləri olan Filip Kirkorov və İrina Alleqrova gəlib. Belə hallarda gündəmdə müzakirə olunan məsələ qonağın davranışı və onun Qarabağ münaqişəsi ilə bağlı mövqeyi olur․ Məsələn, müğənni Soso Pavliaşvili 2016-cı ildə Bakıda konsert proqramı ilə çıxış edəndə onun “Qarabağa getmişəm, yenə də gedəcəm” sözləri Azərbaycan ictimaiyyətini hiddətləndirmişdi. Bununla belə, konsert anşlaqla keçdi.
2011-ci ildə Dünya Çempionatına gələn erməni boksçuları isə sözün həqiqi mənasında daşa basmaq istəmişdilər. Zara bu mənada arzu olunmayan qonaqdır, çünki onun Instagram-dakı statusları Ermənistanın mövqeyini dəstəklədiyini açıq-aşkar ortaya qoyur. Zaranın müdafiəsinə səslənin əsas arqument onun milliyətcə erməni deyil, yezid olmasıdır (yezidlər kürdlərə aid etnokonfessional qrupdur). Hökumətyönlü 1news saytının məqaləsində məhz bu cür fikirlər yer alıb.