İctimaiyyət

Azərbaycanda qatar biletləri bahalaşdı

“Azərbaycan Dəmir Yolları” QSC 27 iyul tarixindən Bakı-Tbilisi marşrutu üzrə sərnişin qatarı və daxili marşrutlar üzrə tarifləri artırıb. Məlumatı Cebhe.info yayıb.

Yeni tariflər ictimaiyyətə açıqlanmır, amma biletlər yeni qiymətlərlə satılır.

ADY-nin sərnişin daşınması departamentində bildiriblər ki, qiymətlər orta hesabla 10% artırılıb. Eyni zamanda, tarif artması yalnız kupe və SV-lərdəki aşağı yerlərə aiddir.

Daha çox göstər
Back to top button