İctimaiyyət

Bakılılar ağacların dibinə “kislota” tökdülər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların dibinə zəhərli kimyəvi maddə tökülməsinə münasibət bildirib.

ETSN-dən Oxu.Az-a bildirilib ki, Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı daxil olan şikayət nazirlik tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən yaşıllıq sahədə müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib. Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə müraciət olunub.

Daha çox göstər
Back to top button