İctimaiyyət

Ekspert : “Azərbaycanda xəstəliklərin profilaktikasının aşağı səviyyədə olması maliyyə problemləri ilə bağlıdır”

“Turan” informasiya agentliyinin bildirdiyiniə görə, Kardiocərrah, tibb elmləri doktoru Rəşad Mahmudovun qeyde dib ki, Azərbaycanda ölümə ən çox səbəb olan ürək-damar xəstəlikləridir. 2017-ci ilin yekunlarına görə, ölümlə nəticələnən xəstəliklərin 57,8%-i ürək-damar xəstəliklərinin payına düşüb. Eyni zamanda Bakı Təcili Tibbi Yardım Mərkəzinə edilən müraciətlərin çoxu ürək və qan təzyiqi ilə bağlıdır.

Bu siyahıda ikinci yerdə xərçəng xəstəlikləri gəlir. Ümumilikdə, Azərbaycanda onkoloji xəstəliklərə məruz qalan 44,000-dən çox xəstə qeydə alınıb. Bu məlumatlar Səhiyyə Nazirliyinin ekspert qrupunun Ümumdünya Səhiyyə Təşkilatının Steps metodologiyası üzrə apardığı tədqiqatın nəticələri ilə üst-üstə düşür. Təhlillərə görə, Azərbaycanda bütün ölümlərin 87% -i qeyri-yoluxucu xəstəliklərin payına düşür. Ürək-damar xəstəlikləri ilə bağlı ölümlərin sayı 51%, xərçəng 11% təşkil edir.  avtomobil qəzaları nəticəsində də ölüm hallarının sayı artıb. Avtomobil qəzaları nəticəsində də ölüm hallarının sayı artıb. Müstəqil iqtisadçı Azər Mehdiyev xəstəliklərin profilaktikası, tibbi xidmətlərin keyfiyyəti kimi mühüm məsələlərə diqqəti çəkir.

Ümumi dispanserizasiya ilə yanaşı onkoloji xəstəliklər və ürək-damar xəstəlikləri üzrə ayrıca skrininqlər keçirmək lazımdır ki, həmin xəstəlikləri erkən mərhələdə aşkar edib qarşısını almaq mümkün olsunAnalizlər, ultrasəs müayinəsi, tomoqrafiya, dərmanlar – bütün bunlar çox pul tələb edir. Bəzən təkrar müayinədən keçmək lazım gəlir”, – ekspert qeyd edib..

Daha çox göstər
Back to top button