İctimaiyyət

Gürcüstan Ombudsmanı: Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir

Azərbaycan tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil.

Bu açıqlama Gürcüstan Ombudsmanının 2017-ci il üzrə insan haqları və azadlıqlarına dair hesabatında öz əksini tapıb.

“Azərbaycanda 11 illik təhsil sistemi davam edir. Bu, o deməkdir ki, Azərbaycanda 12-ci sinif üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir”.

Təhsil üzrə ekspert Etibar Əliyev Meydan TV-yə deyib ki, 11 illik və 12 illik təhsil arasında həm proqramlar, həm dərsliklər, həm də təmayülləşmə üzrə böyük fərqi var.

Etibar Əliyev düşünür ki, Azərbaycan tezliklə 12 illik təhsilə keçməlidir, ancaq bu haqda hələ heç nə danışılmır:

Daha çox göstər
Back to top button