
Ermənistan mövcud inkişaf proqramının, hərbi-texniki və hərbi-sənaye inkişaf strategiyasının vektorlarını ciddi şəkildə izləməkdədir. Verilən məlumata görə, bu barədə EADaily-ə müsahibəsində Ermənistan Müdafiə naziri David Tonoyan bildirib. “Ermənistanda hərbi sənaye inkişafı siyasi qüvvədən, səlahiyyətdən və ya Müdafiə nazirindən asılı olmayaraq daima planlaşdırılır” –deyərək o, vurğulayıb.David Tonoyanun sözlərinə görə, bu silahların yaradılmasına xüsusi diqqət yetirilir ki, bu da erməni ordusunun xüsusi ehtiyaclarını təmin etməyə imkan verir. “Onlar beynəlxalq silah bazarında öz mövqelərini müəyyənləşdirmək üçün böyük potensiala malik olan məsələlərdir. Buna yüksək ixtisaslaşdırılmış həllər optoelektronik və radio elektron aşkar cihazları, hədəfləri, yer və hava uzaqdan idarəetmə sistemləri, avtomatlaşdırılmış məhvetmə sistemləri də daxil edilir”-deyərək o qeyd edib.David Tonoyanın sözlərincə , onlar hərbi-sənaye sahəsində elmi və texniki potensialın tam tətbiqi, həmçinin investisiya və birgə müəssisələrin yaradılması üçün təşkilati və vergi prosedurlarının təkmilləşdirilməsində iştirak edir.