İctimaiyyət

Azərbaycan-İran sərhədindəki beton divarı uzadılır

Azərbaycan və İran arasında Astaraçay sərhədinin möhkəmləndirilməsi üzrə anlaşma sənədi imzalanıb. Report.az”ın bildirdiyinə görə, İran Astarasının sərhəd zastavasının rəisi polkovnik Nozər Muradi İran və Azərbaycan sərhədçilərinin birgə iclasından sonra deyib: “İki tərəf arasında imzalanmış anlaşmaya əsasən gələn həftədən etibarən Astaraçay sərhəd xətti boyunca 600 metr uzunluğunda beton divarın çəkilməsinə başlanılacaq”.

Bildirilib ki, bir müddət əvvəl Astaraçay sərhəd xətti boyunca 1,8 km uzunluğunda beton divar çəkilib. İndi 600 metr uzunluğunda əlavə beton divarın çəkilməsi ilə Astaraçay sərhəd xəttinin möhkəmləndirilməsi üçün çəkilən beton divarın ümumi uzunluğu 2,4 km-ə çatacaq.

Daha çox göstər
Back to top button