Azərbaycanda Unikal.org saytının fəaliyyəti dayanıb

Bu gün Azərbaycanın tanınmış internet portallarından biri Unikal.org saytının fəaliyyəti dayanıb.
Bizimyol.info xəbər verir ki, dünən gecədən fəaliyyəti dayanan sayta giriş məhdudlaşdırılıb. Hazırda sayta giriş yoxdur.
Məsələ ilə bağlı açıqlama verən Unikal.org saytının baş redaktoru Azəf Rzayev bildirib ki, 24.07.2018-ci il tarixdə SOCAR prezidenti Rövnəq Abdullayev, Millət vəkili Elmira Axundova və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla bağlı xəbər yayımlanıb.
Baş redaktorun sözlərinə görə, Unikal.org-un texniki xidmət əməkdaşları bildirir ki, sözügedən xəbərlər yayımlanandan sonra xarici ölkələrdən portala haker hücumu olub.
“Nəticədə sayta giriş məhdudlaşıb.Saytımıza edilən haker hücumu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyik”.