Ekonomika

Azərbaycandan tonlarla meyvəni Rusiyaya buraxmadılar

Təxminən 51 ton bitkiçilik məhsulu Rusiya Federasiyasının ərazisinə buraxılmayıb.

Bizimyol.info Virtualaz.org-a istinadən bildirir ki, məhsullar “Rosselxoznadzor”un Dağıstan Dövlət İdarəsinin müfəttişləri tərəfindən “Yaraq-Qazmalar” keçid məntəqəsində saxlanılıb.

Buna səbəb kimi məhsulların zərərli viruslara yoluxması göstərilib.

Qadağan olunmuş məhsullar arasında 2,5 ton armud, 14,5 ton nektarin, bir ton gavalı və alma, o cümlədən 17 ton şaftalı və 15 ton tütün xammalı olub.

Məhsullar Azərbaycana qaytarılıb.

Daha çox göstər
Back to top button