İctimaiyyət

Bakıda sükan arxasında narkotik maddə qəbul edən sürücü həbs olundu

Bakıda sükan arxasında narkotik maddə qəbul edən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu adlı avtobus sürücüsü həbs edilib.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Sürücü tibbi müayinədən keçirməyə dəvət edilib və müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə pratokol tərtib edilib.

Daha çox göstər
Back to top button