İctimaiyyət

Gəncə hadisələrilə bağlı həbs olunanların yaxınları onlar haqda məlumat ala bilmir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hücumda ittiham olunan Yunis Səfərovun doğmaları onunla görüşə bilməməkdən şikayətlənirlər.

“İndiyədək onunla əlaqə qura, lazımi əşyaları və ərzağı verə bilmirik. Müvafiq qurumlara – prokurorluq, DİN, Penitensiar Xidmətə müraciət etmişik, amma faydası olmayıb”, – Səfərovlar ailəsinin nümayəndəsi bildirib.

Ailənin müqavilə bağladığı vəkil Y.Səfərova baş çəkə bilməyib. Doğmaları Kürdəxanı təcridxanasına gedərək onun orada olub-olmadığını öyrənmək niyyətindədir.

Gəncə hadisələri ilə bağlı həbs olunan digər şəxslərin doğmalarına da saxlanılanlarla ünsiyyətə icazə verilmir, onların yeri açıqlanmır. Hadisələrlə bağlı 20-dən çox adam saxlanılıb. Saxlanma zamanı bir neçə nəfər öldürülüb.

Daha çox göstər
Back to top button