İctimaiyyət
Gəncə şəhərinin icra başçısına qarşı sui-qəsddə ittiham olunan daha bir nəfər öldürüldü

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd planı hazırlayan şəxs ölüdürülüb.
Trend-in məlumatına görə, Yunis Səfərovla birlikdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə qarşı sui-qəsd planları hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə” maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyinə görə məhv edilib. Onun 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçməsi, mütəmadi olaraq İrana səfər etməsi də məlum olub.