İqtisadçı: 200 manatlıq əskinasların buraxılmasına ehtiyac və tələb yox idi

Azərbaycan bankları yeni 200 manatlıq əskinas almaqda maraqlı deyillər, çünki bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi – 0,2% müəyyən edilib. Bankların, marketlərin və dükanların kassalarında 200 manatlıq əskinas yoxdur. Bu haqda Oxu.az yazır.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, 200 manatlıq əskinasların iyun ayında dövriyyəyə buraxılmasına baxmayaraq, çoxları bu əskinasları görməyib:
“Digər tərəfdən, 200 manatlıq əskinasların buraxılmasına ehtiyac və tələb yox idi”.
Ekspert deyir ki, 200 manatlıqların dövriyyəyə buraxılması pul bazasında heç nəyi dəyişməyib: “Hesablaşmalara təsir etməyib. Belə ki, 100 manatlıq nominalların dövriyyəsini azaltmayıb. Baxmayaraq ki, 200 manatlıq əskinasların buraxılmasını Mərkəzi Bank zəruri hesab edirdi”.
Onun sözlərinə görə, indiki məqamda irinominallı əskinasların dövriyyəyə buraxılmasına ehtiyac yoxdur.