İctimaiyyət

Müğənni Zaranın erməni əsilli olmadığına baxmayaraq, “Jara” festivalının təşkilatçıları onu Bakiya dəvət etməməyi qərara aldılar

Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edir. “Minval.az”ın məlumatına görə, “Jara”nın rəsmi internet saytında festivala qatılacaq müğənnilərin ad-soyadları ilə bildirilib. İstirahət mərkəzindən bildirilib ki, festivalda iştirak edəcək müğənnilərin siyahısı “Jara 2018”in rəsmi saytında yerləşdirilib:

“Qeyd etdiyiniz şəxsin adı siyahıda yoxdursa, deməli festivalda iştirak etməyəcək”,- deyə “Sea Breeze Resort”un adının açıqlamayan əməkdaşı qeyd edib.

Daha əvvəl təşkilatmılar qeyd ediblər ki, Zara erməni deyildir.

“Wikipedia da daxil olmaqla, müğəninin  haqqında yazılır ki, Zara (Zərifə) ermıni deyil, o yezidi əsillidir (kürd etnik qrup)”-deyə qeyd edilir .

Daha çox göstər
Back to top button