Biz Artsaxın danışıqlar formatında cəlb edilməsini mühüm hesab edirik, demişəm ki, mən Ermənistan adından danışıq apara bilərəm, mən Artsax Respublikasının adından danışıq apara bilmərəm. Ona görə ki, Artsax Respublikasının bunun üçün seçilmiş vəzifəliləri və qurumları var. Bu haqda ER MN idarəçilik kompleksində ER və xarici ölkələrin hərbi təhsil müəsisələrinin 2017-2018-ci illərin təhsil ilinin məzunlarına diplomları verilməsi mərasimində jurnalistlərlə görüş zamanı ER Baş naziri Nikol Paşinyan bildirib. “Mən demişəm ki, biz danışıqlara hazırıq və məsələni sülhlə həlli yolunda səylərə hazırıq”-deyə Paşinyan qeyd edib.Ermənistan öz strateqiyasını Azərbaycanla bağlı məgər aprel müharibəsini hesaba almaqla nəzərdən keçiribmi?-sualına Baş nazir cavab verib: “Biz fikirləşirik ki, sülh nizamlanması mühümdür, hesab edirik ki, bu mümkündür, bununla belə deyirik ki, bunlar üçün müvafiq mühit də vacibdir.Təəsüflər olsun ki, Azərbaycan öz əməlləri və ritorikasıyla sülh mühitinə və imkanına xələl toxundurur və biz vəziyyətə müvafiq hərəkətdə olacağıq. Azərbaycan yanaşma tərzini yenidən nəzərdən keçirərsə və sülh mühitinin təstiq olunmasına yardım edərsə biz də həmin vəziyyətə müvafiq olacağıq.Yox əgər digər istiqamətlə gedərsə, onda biz yenə vəziyyətə müvafiq olacağıq.Bizim əməllərimiz gərək operativ vəziyyətdən doğan və bizim ölkəmizin milli mənafelərindən doğan olsun”-deyərək Baş nazir qeyd edib.