İctimaiyyət
Azərbaycanın silahlı qüvvələrində 70 şəxs korrupsiyaya görə məsuliyyətə cəlb edilib

Azərbaycanın silahlı qüvvələrində 70 nəfər korrupsiya faktları ilə bağlı məsuliyyətə cəlb edilib.
APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.
X. Vəliyev keçirdiyi əməliyyat müşavirəsində bildirib ki, hərbi prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb. Bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.