İctimaiyyət
Bakıda tozun miqdarı normadan 4 dəfə yuxarıdır
Bakı və Abşeron yarımadasında bu gün müşahidə olunan tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.
Məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
Qeyd edək ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.