Siyasət

Gələcək Azərbaycan Partiyasının fəalı həbs olunub

Gələcək Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının üzvü Tariyel Məmmədov 30 sutkalığa həbs olunub. O, ötən gün Sabunçu rayonu ərazisində partiya fəalları ilə görüş zamanı saxlanılıb.

Partiya sədri Ağasif Şakiroğlu Turan-a bildirib ki, T.Məmmədov öncə Sabunçu Rayon Polis İdarəsinə, sonra Suraxanı polisinə aparılıb.

Bu gün məlum olub ki, T.Məmmədov “ictimai asayiş”i pozduğuna görə inzibati qaydada 30 sutka həbs edilib. Partiya lideri fəalın həbsini “tamamilə qanunsuz” adlandırıb.

Gələcək Azərbaycan Partiyası 2013-cü il dekabrın 20-də təsis edilib. Parlamentin eks-spikeri, 1996-cı ildən siyasi mühacirətdə olan Rəsul Quliyev partiyanın fəxri üzvüdür.

Daha çox göstər
Back to top button