İctimaiyyət
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı suiqəstdən sonra şəhərə dönəcəq
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti normallaşır. Gəncədəki mənbənin Modern.az– verdiyi məlumata görə, artıq E.Vəliyev özünü yaxşı hiss edir.
Onun üzərində həyata keçirilən əməliyyat uğurlu olub. Müalicələrdən sonra icra başçısı ayağa qaldırılaraq yeriyib. Tam anlaqlı vəziyyətdədir, normal şəkildə qidalanır, yaxın vaxtlarda evə buraxılacağı gözlənilir.