İctimaiyyət

Symantec İrana bağlı qruplaşmanı Azərbaycan enereji sisteminə hücum etməkdə ittiham etdi

Symantec İrana bağlı qruplaşmanı Azərbaycan enereji sisteminə hücum etməkdə ittiham etdi . “Haqqin.az”  xəbər verir ki, bu barədə “Symantec” şirkətinin  təhqiqatçıları bildiriblər. Məlumata görə, Irana bağlı olduğu təxmin edilən “Leafminer” haker qruplaşması Azərbaycan, İsrail, Livan və Səudiyyə Ərəbistanında bir sıra təşkilatlara, o cümlədən hökumət strukturlarına hücum edib.

Hakerlər məlumatları ələ keçirmək üçün istifadəçilər tərəfindən tez-tez baş çəkilən saytların yoluxdurulması (watering-hole), habelə brutfors-hücumlardan faydalanıblar.

“Symantec” şirkətinin müəxəssisləri qruplaşmanın yüksək aktivliyini qeydə alıb. Onları sözlərinə görə, hakerlər 2017-ci ilin əvvəllərindən başlayaraq müxtəlif əməliyyatlar keçirirlər. Qruplaşma hücum etdiyi ölkələrdə geniş fəaliyyət dairəsini, o cümlədən energetikanı, dövlət idarəçiliyini, maliyyə və telekommunikasiya sahəsini hədəf seçib.

Araşdırma zamanı mütəxəssislər hücumlardan birində istifadə olunan haker proqramını yükləmək üçün URL aşkar ediblər. Həmin ünvanın izi isə Azərbaycan hökumətinin saytında yerləşdirilmiş və hakerlər tərəfindən sındırılmış veb-serverə (edu.az) aparır.

“Biz “Leafminer” qruplaşmasını izləyirik, onlar hücum etdikləri ölkələrdən kənara çıxacaqlarmı? Biz gözləyirik ki, hücumlar davam edəcək”-mütəxəssislər bildiriblər.

 

Daha çox göstər
Back to top button