İctimaiyyət

Turan: 2016-cı ildən bəri 60 internet resursu bloklanıb

Media Klubunun üzvləri ölkə mediasının aktual problemlərini müzakirə etmək məqsədi ilə növbədənkənar toplantı keçirib. Toplantıya səbəb son günlər ölkədə baş verən və ictimai əhəmiyyət daşıyan hadisələri işıqlandırdıqlarına görə bloklanan və barələrində cinayət işi qaldırılan internet resurslarından ikisinin Media Klubuna müraciəti olub. Bu haqda Turan İA məlumat yayıb.

Belə ki, “bastainfo.com” saytının baş redaktoru Müstafa Hacıbəyli və gününsesi.info saytının baş redaktoru Pərviz Həşimli məsələ ilə bağlı “Media Klubu”na müraciət edərək, üzləşdikləri problemlə bağlı danışıblar. Baş redaktorlar Azərbyacan Cinayət Məcəlləsinin 313-cü maddəsilə (vəzifə saxtakarlığı) qaldırırlmış cinaət işinə hələlik şahid kimi cəlb ediliblər.

Media Klubu hər iki baş redaktoru dinləyərək, onlara məxsus resursların bloklanmasının səbəblərini və qarşılaşdıqları problemləri birinci mənbədən dinləmə fürsəti əldə edib. Dinləmələrdən sonra Media Klubu son günlər baş verən və media azadlığını ciddi təhdid edən basqılardan ciddi narahatçılığını bildirərək, xəbər resurslarına qarşı aparılan basqıcı münasibətin duldurulması zəruriliyini bəyan edib:

“2016-cı ildə saytların balkolanması ilə bağlı qanunvericilik qəbul ediləndən bu yana 60 internet resursu bloklanıb və onlara çıxış qanunsuz olaraq qadağan edilib.

Daha çox göstər
Back to top button