Siyasət

Zaxarova: “Azərbaycan və Ermənistan arasında konstruktiv keçən istənilən görüşü alqışlayırıq”

“Biz Azərbaycan və Ermənistan arasında baş tutan və konstruktiv keçən  istənilən görüşü alqışlayırıq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M. Zaxarova Rusiyanın münaqişə ilə bağlı vasitəçi ölkə olduğunu xatırladaraq XİN-də keçirilən məsləhətləşmələrdə bu məsələyə də toxunulduğunu vurğulayıb: “Rusiya bu məsələni yaxşı anlayır. Müxtəlif səviyyədə görüşlər keçirilir. Biz müsbət nəticə verən görüşləri dəstəkləyirik”.

Daha çox göstər
Back to top button