İctimaiyyət

Siyasi məhbus Fuad Əhmədlinin atası həbs edildi

Siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədovu iyulun 27-də polislər saxlayıb. Bir müddət sonra o, Xətai rayon məhkəməsinə aparılıb. Məhkəmə onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.

Z.Əhmədli küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılır.

Ancaq yaxınları deyir ki, ittiham saxtadır, onu evindən aparıblar.

Zəfər Əhmədovun həbsinin gerçək səbəbinin Feysbukdakı fəaliyyətinin olduğu şübhə doğurmur.

Daha çox göstər
Back to top button