Beynəlxalq
Avropa Birliyi “Azərbaycan Hava Yolları” nı özəlləşdirməyi təklif edir
Avropa Birliyi (Aİ) Azərbaycana “Aviasiya haqqında Saziş” ilə bağlı təkliflər təqdim edib və hökumətin təkliflərini gözləyir. Təkliflər arasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) özəlləşdirilməsi ilə bağlı müddəalar da mövcuddur. Bu barədə meydan.tv xəbər verir.
AZAL ən iri Azərbaycan aviaşirkətidir, hazırda AZAL səhmlərinin 100% -i dövlətə məxsusdur. 2017-ci ilin yanvarında Azərbaycan parlamenti AZAL-ın özəlləşdirilməsi məsələsini qaldırıb. Milli Məclisin deputatı Əli Məsimli qeyd edib ki, AZAL-ın özəlləşdirilməsi məqsədəuyğundur, bu da dövlət büdcəsinə yükü azaltacaq.
Öz növbəsində, deputat Vahid Əhmədov bildirib ki, AZAL-ın bazarda inhisarlığı qalır, Azərbaycanda hava daşımalarının qiyməti yüksəkdir.