İctimaiyyət

Azərbaycan baş naziri körpüdən intihar edən bir adamı xilas etdi

Azərbaycan baş naziri Novruz Məmmədov Heydər Əliyev prospektindəki üst keçiddə intihar edən şəxsi fikrindən daşındırıb. 1news-a əsasən, bu barədə Musavat.com bildirir.

Baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb. İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.

“Səhər tezdən Baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. O, başqa yolla gəlməsinə baxmayaraq, hadisəni eşidən kimi göstəriş verib və avtomobil korteci hadisə olan yerə, yəni körpünün yanına gedib”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Baş nazirin telefon danışığı zamanı məlum olub ki, intihara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur: “Yaşar Əhmədov ailə münaqişəsi zəminində övladlarının narahatlığını çəkərək çıxış yolunu bu addımı atmaqda gördüyünü bildirib”.

Baş nazirlə danışdıqdan sonra Y.Əhmədov aşağı düşüb və o, Nazirlər Kabinetinə dəvət olunub.

Daha çox göstər
Back to top button