İctimaiyyət
Azərbaycan tanınmamış vətəndaşı Londonda 190 milyon dollara mənzil alıb

“Allytta” daşınmaz əmlak ticarət şirkətinin baş meneceri Neş Cenkins bildirib ki, Azərbaycan vətəndaşı Londonda 190 milyon dollara mənzil alıb. Bu barədə “haqqin.az” yazır.
Londondakı mənzillərin qiymətinin 375-400 min funt sterlinqdən başladığını bildirən Cenkins, bu qiymətə yalnız birotaqlı mənzil almağın mümkün olduğunu deyib.
Londonda yeni evlərin tikilməməsi səbəiylə əlvərişli qiymətlə mənzil almaq problemli olur.
Mənəcərin sözlərincə, ingilislər paytaxtda artıq ev almaq ixtiyarında deyillər, bu daşınmaz əmlakı qlobal burjuaziyanın nümayəndələri alırlar. Neş Cenkins qeyd edib ki, Türklər arasında ən bahalı mənzili 140 milyon funt sterlinq xərcləyərək Azərbaycan vətəndaşı olan şəxs alıb.