İctimaiyyət
Bakıda ərəb turistin halı pisləşsə də, ona yardım göstərilmədi

Bakıda oteldə istirahət edən ərəb turistin halı pisləşsə də, ona yardım göstərilməyib.
Bu barədə Cebhe.info-ya turisti gəzdirən taksi sürücüsü məlumat verib.
Sürücü bildirib ki, Bakıda yerləşən 5 ulduzlu “Rich Hotel Baku” mehmanxanasında istirahət edən ərəb turistin qəflətən halı pisləşib. Mehmanxanada tibbi məntəqə olmadığından turistə yardım etməyiblər. Turistin ailəsi məcbur olub onu taksi ilə xəstəxanaya aparıb. Yolda sürücü aptekdən dərman alıb və ərəb turistə ilkin tibbi yardım göstərib.
Sürücü bildirib ki, bu Bakıda rastlaşdığı ilk belə hadisə deyil. O, qeyd edib ki, bir müddət əvvəl də Bakıya istirahətə gələn ərəb turistlərdən birinin uşağı yıxılaraq başı partlayıb. Həmin zaman da ona ilkin tibbi yardım göstərilməyib.