Siyasət

Gəncə hadisələrinə görə daha bir nəfər öldürüldü

Fuad Səmədovun radikal diniyönümlü qrupun üzvü olduğu deyilir

Gəncədə keçirilən aksiyanın təşkilatçılarından biri kimi təqdim edilən Fuad Tofiq oğlu Səmədov öldürülüb.

Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Fuad Səmədov radikal diniyönümlü qrupun fəal üzvlərindən biri olub. İyulun 28-də Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Fuad Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib.

Bu, Gəncədə keçirilən aksiya ilə bağlı öldürülən 4-cü adamdır.

İyulun 10-da, saat 20 radələrində Gəncənin mərkəzində etiraz aksiyasına çıxan bir qrup şəxslə polis arasında qarşıdurmanın baş verdiyi deyilir. Nəticədə 2 polis zabiti qətlə yetirilib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button