Təhlil

Zərdüşt Əlizadə: Biz yoxsulluq və bədbəxtlik ilə Ermənistandan irəliyə getdik

Azərbaycan Respublikasının dövlət qurumları çox sadə bir səbəblə işləmirlər: çünki mövcud deyildirlər. “Meydan TV”-nin xəbərinə görə, bu barədə politoloq Zərdüşt Əlizadə yazıb. Onun sözlərinə görə, dövlət qurumları işləmirlər və onlar vətəndaşlara qulaq asmırlar, onları eşitmirlər və cəmiyyətin siqnallarına reaksiya vermək istəmirlər.

Politoloq yazır ki, dövlətdə qeyri-adi bir şey olarsa, məsələn bütün respublikada elektrik kəsilirsə, və ya bir neçə yüksək vəzifəli şəxslər öldürülsə, ağla ilk bir sual gəlir: bunları öngörmek və qarşısını almaq mümkündürmü?

“Bəzən bu “gözlənilməz” olanı öngördülər. Hamı deyildirsə də, göz, qulaq və ağıl olanların əksəriyyəti. Öngördülər, danışdılar, yazdılar, xəbərdarlıq etdilər, lakin dövlət bütün bu siqnallara reaksiya vermədi”,-deyə politoloq cəmiyyət və iqtidar arasındakı əlaqələrin tam pozulmasını qeyd edir.

Sonra isə, politoloq Quba sakinlərinin üsyanlarından başlayaraq, Azərbaycanda böhranın artma mərhələlərini təqdim edir. “Hakimiyyət güc tətbiq etdi, həbslər oldu, “təhrikçilər” məhkəməlik oldu. Əsas təhrikçi, oğru və bandit, rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan adam işi isə, vəzifədən çıxarılması ilə bitdi”,-deyə Əlizadə qeyd edir ki, mətbuatdan bir az səs çıxdı, hakimiyyət isə olimpik sakitlik göstərdi.  Prezident İlham Əliyev də bu məsul vəzifəyə layiq olmayan bir şəxsi təyin etməkdən məsuliyyət hiss etməyib.

Politoloqun fikrincə, heç bir nəticələr olmayıb, sosial-iqtisadi və kadr siyasəti haqqında heç bir geniş müzakirələr olmadı. Anti-milli primitiv sistemi işləməyə davam etdi. Əlizadənin  sözlərinə görə, Azərbaycanın standart siyasi rejiminin ssenarisi ilə İsmayıllı hadisələri baş verib: otelin və bahalı maşınların kundaklamaları, güc tətbiqi, real və sözdə “təhrikçilərin” məhkəmələri. Hakimiyyət burada “yeni bir şey” etdi: “oğru hakimiyyət üçün təhlükəli olan” İlqar Məmmədovu həbs etdilər.

“İndi də məhz eyni səbəbdən Gəncə hadisələri baş verdi. Xalqın soyğunu, məmurların yekəbaşlığı…Hakimiyyət yenə polis və qoşunlarını tətbiq etdi. Gördüyümüz kimi, hakimiyyət patoloji baxımdan heç bir şey anlamır və düzəltmir”,-deyə Əlizadə İlham Əliyevi Vəzirov-Mütəllibov-Elçibəy, YAP və müasir Sovet İttifaqı Kommunist Partiyası (qısaca Sov.İKP) adlandırıb.

Hazırda Azərbaycanda olan vəziyyəti qiymətləndirərək Əlizadə yazır ki, Azərbaycanda ictimai rəy yoxdur, mətbuat və televizya yoxdur. Hakimiyyət praktiki olaraq interneti də basdırır. Ziyalılar alınmış və qırılmış vəziyyətdə, partizanlar yeraltına keçdilər. “Demokrat və inkişaf etmiş dövlətlərin ən mühum qurumu olan parlament yoxdur”,-deyə o məsuliyyətli və bacarıqlı dövlətin olmadığını qeyd etdi.

“Vilayətlərdə xalq diz çöküb vəziyyətdə və Qaçaq Nəbinin ənənəsi ilə qaqlxır. Demək olar ki, biz yoxsulluq və bədbəxtlik ilə Ermənistandan irəli yə getdik”.

Daha çox göstər
Back to top button