Ekonomika

Azərbaycanda yanacaq, işıq, təbii qaz və suyun da qiyməti artacaq – Ekspert

«Metro və ictimai nəqliyyatda gediş haqlarının artması təkcə bu sahə ilə kifayətlənməyəcək, digər sahələrdə də bahalanmaya səbəb olacaq».

Milli Məclisin üzvü Fazil Mustafa bunu Tarif Şurasının iyulun 30-da keçirdiyi iclasında metro və ictimai nəqliyyatda gediş haqlarının 50 faiz artırılması ilə bağlı qərarını şərh edərkən bildirib. Onun sözlərinə görə, bu sahədə doğru-dürüst tənzimlənmə olsa idi, bu qədər bahalaşdırmaya, vətəndaşları indiki kimi çətin duruma salmağa ehtiyac da qalmazdı: «Bu bahalanma insanların həyat şəraitinə ciddi təsir göstərəcək. Özü də indi, gəlirlərin artmadığı bir vaxtda bunun nəticələri pis ola bilər…».

Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır.

Bizimyol.info xəbər verir ki, bunu ictimai nəqliyyatın qiymətində bu gün müəyyənləşmiş bahalaşmaya münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, qaza da, suya da növbə çatacaq:

“Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır. İşığın qiymətinin artımını Mingəçevirdəki yanğın ertələdi, ancaq baş verəcək. Qaza da, suya da növbə çatacaq”

Daha çox göstər
Back to top button