İctimaiyyət

Azərbaycanın şimalında çoxsaylı meşə yanğınları

Havaların isti keçməsi Azərbaycanın şimal rayonlarında meşə yanğınlarının yenidən başlamasına səbəb olub.

“Turan.az” saytına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri (Bakıdan 168 kilometr şimal) yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğınlar söndürülüb.

Hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi (Bakıdan 120 kilometr şimal) yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, mülki müdafiə qoşunlarının şəxsi heyəti və aviasiya dəstəsinin 2 helikopteri hadisə rayonuna cəlb olunub. Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür.

Daha çox göstər
Back to top button