İctimaiyyət

Bu il tibb müəssisələrindən kənar 21 doğuş qeydə alınıb

Cari ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya 2612 olub.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu müddət ərzində tibb müəssisəsindən kənar doğuşların sayı 21 olub ki, hamısı hospitalizasiya olunub.

Məlumatda bildirilir ki, bu ilin 6 ayı ərzində tibb müəssisəsindən kənar doğuşların sayında 36 nəfər azalma qeydə alınıb. Hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilmiş, ünvana polis əməkdaşları dəvət olunub.

Bundan başqa, 2018-ci ilin 6 ayı ərzində BŞTvəTTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 17314, onlardan 1374-ü hospitalizasiya olunub. Qeyd edilən müddət ərzində edilən ümumi müraciətlərin içində 11933-i bədbəxt hadisələrdir ki, 8335-i hospitalizasiya olunub. Zədələnmələrin ümumi sayı 10570, 6164 hospitalizasiya olunub.

Daha çox göstər
Back to top button