İctimaiyyət

Balakən sakinləri illərdir su üzünə həsrət qalıblar

Balakən sakinləri illərdir su üzünə həsrət qalıblar. Xüsusilə də yaz və payız aylarında, yağışların çox yağdığı dövrdə krantlardan su əvəzinə, sözün əsl mənasında, palçıq gəlir. Sakinlərə verilən su nə təmizlənir, nə də ki, sterilizə olunur. Ümumiyyətlə, şəhərin su və kanalizasiya sisteminin köklü surətdə dəyişdirilməsinə ehtiyac var. Bu haqda Sputnik.az yazır.

Sakin Sədaqət Məmmədli bunları deyib: “Balakən şirin su qaynaqları ilə zəngindir, çayları bol suludur. Buna baxmayaraq, bir həftədir krantlarımızdan su əvəzinə palçıq gəlir”.

Digər rayon sakini Tamella Yusifova isə qeyd edib ki, suyun lilli gəlməsi ilə yanaşı əksər hallarda suları tamamilə kəsilir: “Palçıqlı su verirlər, bu da azmış kimi, iki gündən bir suyu kəsirlər. Su gələndə də palçıq boruları tutur. Sonra da düşürük simlərlə, nasoslarla boruları açmaq dərdinə. Suyumuz 10 gündür heç gəlmir, çünki boruları aça bilmirik. Bu istidə susuz qalmaq isə dəhşətdir”.

Rayon sakini Zahid Mehdiyev də su sarıdan əziyyət çəkənlər sırasındadır: “Sular lillidir, üstəlik tez-tez kəsilir. Bu azmış kimi, utanmadan millətdən bu suya görə pul da yığırlar. Pulu verməyəndə də suyu kəsirlər”.

Daha çox göstər
Back to top button