İctimaiyyət

Dərbənddəki Azərbaycan teatrında axtarış aparıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrında axtarış aparıblar. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan teatrında aparılan axtarış “mədəniyyət mərkəzinin rəhbərliyinin maliyyə fırıldaqları” ilə bağlıdır.

Bildirildiyinə görə, teatr rəhbərliyi barəsində cinayət işinin başlanması məsələsi həll edilir.

Bu məlumat hüquq-mühafizə orqanları tərəfindən hələlik təsdiqini tapmayıb.

Daha çox göstər
Back to top button