İctimaiyyət

Heydər Camalın oğlu Orxan Afrikada öldürülüb

Rusiya mediasında yayılan xəbərlərə görə iyulun 31-də Mərkəzi Afrika Respublikasında üç rusiyalı öldürülüb. Dojd telekanalı xəbər verir ki, bunlar jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkodur. Orxan Camal Rusiya islam cəmiyyətinin fəalı Heydər Camalın oğludur.

Bundan əvvəl xəbər verilirdi ki, qətlə yetirilmiş şəxslərin üstündən İzvestiya qəzetinin vəsiqələri tapılıb. Rusiya səfirliyindən verilən məlumata görə, öldürülənlərin meyitləri yerli xəstəxanaya gətirilib.

MAR polisindəki mənbə Interfax agentliyinə bildirib ki, rusiyalıları böyük bir ehtimalla qarət məqsədi ilə qətlə yetiriblər. Bu da deyilir ki, hücum Sibyu şəhərinin 20 kilometrliyində, magistral şose yolunda baş verib.

Ouest-France qəzeti bildirir ki, bu məntəqədə Rusiyanın hərbi müşavirləri MAR ordusu hərbçilərinə təlim keçirlər.

Maraqlııdır ki, İzvestiya qəzeti əməkdaşlarından heç birinin MAR ərazisində olmadığını bildirib.

Bəzi məlumatlara görə, qətlə yetirilən üçlük “Mərkəzi Afrikadakı Rusiya muzdluları” haqqında film çəkirdilər.

Daha çox göstər
Back to top button