Qüdrət Həsənquliyev marixuananın leqallaşdırılmasına razı, Gövhər Baxşəliyevaya isə qarşıdır

Milli Məclisin deputatı Gövhər Baxşəliyevayanın sözlərinə görə, marixuananın istifadəsini ondan iqtisadi qazanc və çoxlu sayda turist axını əldə etmək istəyən ölkələr leqallaşdırır.
“Şəxsən mən bunu Azərbaycan üçün arzuolunmaz hesab edirəm. Marixuana narkotikdir. Narkotiklər isə ailələrin dağılması, cinayət və xəstəlikdir. Azərbaycanın narkotiklərin qanuniləşdirilməsi ilə turistlərin cəlb edilməsinə ehtiyacı yoxdur”, – deputat deyib.
Baxşəliyeva əlavə edib ki, onsuz da Azərbaycan narkotiklərin tranzit ölkəsi olduğu üçün bizdə bununla bağlı kifayət qədər problemlər var.
“Biz buna icazə verməməliyik və bununla mübarizə aparmalıyıq”, – deputat əlavə edib.
Xatırladaq ki, parlamentin deputatı Qüdrət Həsənquliyev ölkədə yüngül narkotiklərin istifadəsini, xüsusilə marixuananın leqallaşdırılmasını təklif edib.