İctimaiyyət
Bərdədə 14 bıçaq zərbəsiylə məşhur muğam ifaçısı öldürülüb
Daha öncə Bərdə rayonundakı yol qəzasında ölmüş Azərbaycan xalq mahnıları və muğamlarının ifaçısı Miryusif Mirizadə əslində öldürülüb.
Bu barədə Bərdə rayon prokurorluğuna istinadən “report.az” xəbər verir.
Məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Eyni zamanda “Mersedes” markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov orada olmayıb və hazırda onun da axtarışları aparılır.
Miryusif Mirizadə və Novruz Hüseynov 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.