Beynəlxalq
Quş qripi səbəbindən Rusiyadan Azərbaycana quş əti idxalı məhdudlaşdırılıb

Rusiya Federasiyasının bəzi bölgələrində ev heyvanlarında quş qripinin yayılması ilə əlaqədar bu ölkədən quş əti və quş ət məhsullarının idxalı müvəqqəti olaraq məhdudlaşdırılır. Bu barədə Qida Təhlükəsizliyi Təşkilatından “haqqin.az”-a bildirib.
“Bununla əlaqədar Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan, Çuvaşiya respublikalarından diri quş və quşçuluq məhsullarının idxalı müvəqqəti olaraq məhdudlaşdırılır»- deyə mesajda deyilir.