ABŞ xüsusi prokuroru Ağalarovları dindirmək istəyir

Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı müğənni Emin Ağalarovu dindirmək niyyətindədir. Sputnik Azərbaycan “Ren TV“-yə istinadən xəbər verir ki, bu barədə müğənninin vəkili Skott Balber bildirib.
Vəkil qeyd edib ki, hələlik bu istiqamətdə danışıqlar gedir: “Danışıqlar gedir… Hələlik nələrin baş verəcəyi bilinmir”.
Daha sonra, FaktXəbər bildirir ki, Azərbaycan əsilli rusiyalı biznesmen və müğənni Emin Ağalarov ABŞ-a ifadə vermək üçün getməyəcək. CNN kanalına açıqlamasında onun vəkili Skot Balber deyib.
O, əlavə edib ki, Emin Ağalarov ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi ilə bağlı prokuror Robert Müllerin apardığı istintaqa ifadə vermək üçün ABŞ-a getmək fikrində deyil: “Biz prokuror Müllerin komandası ilə danışırıq, lakin ay ərzində ifadə verməklə bağlı ortaq məxrəcə gələ bilməmişik”.
Vəkilin sözlərinə görə, əsas əngəl E. Ağalarovun dindirilmə keçəcəyi yerdir. Amerikalı prokuror Moskvaya getmək istəmir, Ağalarov da öz növbəsində ABŞ-da ifadə vermək üçün can atmır.
Qeyd edək ki, Emin Ağalarovu ABŞ-da seçkilərə müdaxilə etmək cəhdində ittiham ediblər. Bunun üçün arqument isə Ağalarovun şəxsən ABŞ prezidenti Donald Trampla tanışlığı olub. Lakin Emin Ağalarov bunu ittihamı qətiyyətlə təkzib edir.