İctimaiyyət
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Azərbaycanda toz dumanı tikinti işləri səbəbdən yaranır

“Son dövrlərdə Azərbaycan ərazisində müşahidə olunan toz dumanı, əsasən, antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır”.
“Report” xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir․