Siyasət

Davit Tonoyan RF Müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomininin başçılıq etdiyi nümayəndəliyi qəbul edib

RF Müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fominin başçılıq etdiyi nümayəndəlik “Beynəlxalq ordu oyunları-2018” yarış oyunu çərçivəsində Ermənistanda keçirilmiş “Dostluq döyüşçüləri” yarışının təntənəli bağlanış mərasimində iştirak etmək məqsədiylə Ermənistan Respublikasına gəlib.

General-polkovnik A. Fomini ER Müdafiə naziri Davit Tonoyan qəbul edib.
ER Müdafiə nazirliyinə əsasən, görüş zamanı iki ölkələr arasında mövcüd siyasi və hərbi, müttəfiq əlaqələrinin dərinləşdirilməsi mühüm sayılıb. Siyasi, hərbi əməkdaşlığın cari məsələləri və prioritet layihələri müzakirə olunub. Həmsöhbətçilər ER ərazisində RF 102-ci hərbi bazasının fəaliyyətinə aid məsələlərə də toxunub.

Davit Tonoyan Aleksandr Fominə Artsax-Azərbaycan təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət barədə bildirib.

Regional və beynəlxalq siyasi-hərbi vəziyyətə aid fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button