İdman
23 yaşına qədər Avropa çempionatında sərbəst güləş üzrə Ermənistanın komandası 5 medal qazanıb
Ermənistan İdman və gənclər məsələləri üzrə nazirlik Romada başa çatmış 23 yaşına qədər Avropa sərbəst güləş üzrə çempionatın nəticələrini yekunlaşıb.
ER İdman və gənclər nazirliyindən bildirildiyinə əsasən, 23 yaşına qədər Avropa çempionatında sərbəst güləş üzrə Ermənistan komandası 3 qızıl və 2 bürünc medal qazanıb.
57kg çəki dərəcəsində Arsen Harutyunyan, 61kg çəki dərəcəsində Vazgen Tevanyan və 125kg çəki dərəcəsində Hovhannes Mağakyan Avropa çempionu oldu. 65kg çəki dərəcəsində Geğam Galstyan və 70kg çəki dərəcəsində Arman Andriasyan bürünc medal qazanıb.
Sərbəst güləş üzrə ER komandası komanda hesabında 3-cü yeri tutub.
Komanda avqustun 6-da 23:50-da Romadan Yerevana gələcək.