Məşhur reper Nağılbazın anası: Oğlum arvadının güdazına getdi

Reper Anar Nağılbaz torpağa tapşırılıb.
Oxu.Az xəbər verir ki, anası Şərqiyyə Cəbiyeva oğlunun ölümündə keçmiş gəlini Anjelika Cəbiyevanı günahlandırıb.
“Ev və pul almaq üçün video çəkdi və mənim oğlumu şantaj etdi. Oğlum bir arvadın güdazına getdi. Sən nə istədin bizdən?”, – deyə mərhumun anası bildirib.
Nağılbazın dostlarının iddiasına görə, sözügedən video Anjelikanın əlinə iki il öncə keçib. Belə ki, videonu Nağılbaz öz notbukunda saxlayırmış. Anjelika isə video əlinə keçəndən sonra onu kompüterdən öz telefonuna köçürüb.
Sonra isə boşanma prosesi zamanı Anarı şantaj etməyə başlayıb. O, videonun yayılmamasının qarşılığında Nağılbazdan pul və ev istəyib. Həmin vaxtlar Anar bu məlumatı dostları ilə bölüşüb. Aradan iki il keçəndən sonra isə video sosial şəbəkələrdə yayılıb.
Məclis Masazır qəsəbəsində baş tutur. Mərhumun yas mərasiminə az sayda insan qatılıb. A.Nağılbaz Masazır qəbiristanlığında torpağa tapşırılıb.